"Fənərbağça" nigeriyalı futbolçunun meneceri ilə təmasa keçib
Transfer çalışmalarını davam etdirən "Fənərbağça"da diqqətlər "Lester Siti"nin yarımmüdafiıçisi Vilfred Ndidiyə yönəlib.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, İstanbul klubu 27 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Nigeriyalı futbolçunun" Lester Siti" ilə müqaviləsi iyunun 30-da başa çatacaq.
Qeyd edək ki, Ndidi bu mövsüm Çempionşipdə iştirak etdiyi 36 oyunda 6 qol vurub, 6 asist edib.