"Fənərbağça" növbəti transfer üçün hərəkətə keçib
"Zenit"in müdafiəçisi Nuralı Alip "Fənərbağça"ya keçə bilər.
Sportline.az xəbər verir ki, İstanbul klubu qazaxıstanlı yarımmüdafiəçi üçün 2,5-3 milyon avro ödəməyə hazırdır. "Zenit" ən azı 5 milyon avro istəyir.
23 yaşlı Nuralı Alipin "Zenit"lə müqaviləsi 2025-ci ilin iyun ayına kimi qüvvədədir.