"Fənərbağça" onun keçidini açıqladı

"Fənərbağça" növbəti transferini reallaşdırıb. 

Sportline.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Flamenqo"dan (Braziliya) Qustavo Enrikeni icarəyə götürüb. 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Enrike 2020-ci ildən "Flamenqo"nun oyunçusudur. O, daha əvvəl "Santos"da, həmçinin Braziliyanın U-20 və U-23 millilərində oynayıb.