"Fənərbağça" polşalı futbolçusunu satacaq

"Fənərbağça" polşalı futbolçusunu satmaq barədə düşünür.

Sporltine.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "sarı-lacivərltər" bu mövsüm "Dinamo"dan trasnfer etdikləri Sebastian Şimanskini satmaq qərarına gəliblər.

İstanbul nəhənglərindən olan "Fənərbağça" təcrübəli hücumçu üçün minimum 20 milyon avro tələb etmək barədə düşünür. 

Qeyd edək ki, Sebastian Şimanski bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 46 oyunda 12 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.