"Fənərbağça" "Roma"dan futbolçu alır
"Fənərbağça"nın yeni prezidenti Aziz Yıldırım komandanın heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. İstanbul təmsilçisi İtaliya nəhəngi "Roma"nın gənc ulduzuna göz dikib.
Sportline.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. "Hürriyet" qəzetinin yazdığına görə, Aziz Yıldırım "Roma"nın gənc ulduzu Matias Souleni heyətə qatmaq üçün danışıqlara başlayıb.
Argentinalı yarımmüdafiəçinin İstanbul klubunda forma geyinməyə razılıq verdiyi bildirilir.
Məlumatlara görə, "Roma" 1,82 boyu olan Matias üçün 40 milyon avro transfer haqqı müəyyən edib.
Aziz Yıldırım 23 yaşlı ulduz futbolçu üçün tələb edilən vəsaiti ödəməyə hazır olduğunu açıqlayıb.