“Fənərbağça” transfer bombasına hazırlaşır

"Fənərbağça" yanvar ayında Levandovskini transfer etməyə çalışacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Diario As" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi 37 yaşlı forvardla yeni müqavilə imzalamaq niyyətində deyil.

Qeyd edək ki, Levandovskinin "Barselona" ilə sözləşməsi 2026-cı ilin yayında başa çatacaq.