“Fənərbağça” Türk fubolu tarixində bir ilkə imza atıb

Uefa Konferans Liqasında “Yunion SG”ni mübarizədən kənarlaşdıran “Fənərbağça” türk futbolunda bir ilki bacarıb.

Sporline.az xəbər verir ki, “Fənərbağça” UEFA-nın 3 böyük turnirində də ¼ finala yüksələn ilk türk komandası olub.

Sarı-lacivərtlilər Avropada isə “Marsel”, “Roma” və “PSV”dən sonra bu uğura imza atan 4-cü komanda olub.

Qeyd edək ki, “Fənərbağça” Uefa Konferans Liqasının ¼ final mərhələsində Yunanıstanın “Olimpiakos” komandası ilə görüşəcək.