"Fənərbağça" Türkiyə Super Kuboku matçının təxirə salınmasını istəyir
"Fənərbağça" Türkiyə Super Kuboku matçının təxirə salınmasını istəyir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,Türkiyə Futbol Federasiyası fevralın 21-də SuperKubok matçının mart ayında keçiriləcəyini bildirmişdi.
"Fənərbağça" klubu isə aprelin 11-də "Olimpiakos"la UEFA Konfrans Liqasında qarşılaşacağı üçün, ayın 7-də keçiriləcək görüşün təxirə salınmasını istəyib. TFF rəsmiləri isə Super Kubokun final görüşünün tarixinin daha əvvəldən təyin olduğunu və dəyişdirlməyəcəyini bildiriblər.
Qeyd edək ki, final görüşü aprelin 7-də Şanlı Urfada "11 nisan" stadionunda keçiriləcək.