"Fənərbağça" türkiyəli futbolçusunun müqaviləsini uzadıb

"Fənərbağça" yarımmüdafiəçi Mert Hakan Yandaşla yeni müqavilə imzalayıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 29 yaşlı futbolçu ilə kontrakt 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, Mert Hakan ötən mövsüm İstanbul klubu ilə çıxdığı 27 oyunda 3 qol vurub, 6 asist edib.