"Fənərbağça" üçün kritik qərar vaxtıdır
"Fənərbağça" üçün kritik qərar vaxtıdır.
Sportline.az xəbər verir ki, İstanbul nəhənglərindən olan "sarı-lacivərtlər" liqada qalıb qalmayacaqları ilə bağlı yekun qərarı sabah verəclərini bildiriblər.
Klub prezidenti Ali Koç rəsmi hesablarından azarkeşlərə səslənərək :"Bu günə kimi Türkiyə Futbol Federasiyası bizimlə düşmən kimi davrandı. Çempion olmayaq deyə hər şeyi edirlər. Bu da bizə bəzi çətin qərarları verməyimiz üçün məcburiyyət yardır. Sizdən xahişim nə olursa olsun daima yanımızda olun. Biz böyük klubuq",-deyib.
Qeyd edək ki, "Fənərbağça" rəsmiləri ayın 2-də iclas keçirərək komandanın gələcəyi ilə bağlı yekun qərarları verəcklərini açıqlayıblar.