"Fənərbağça"dan 5 cavabsız qol

"Fənərbağça" Konfrans Liqasında mübarizəyə başlayıb.

Sportline.az xəbər verir ki, Türkiyə təmsilçisi 2-ci təsnifat mərhələsində "Zimbru"nu (Moldova) qəbul edib. Görüş İstanbul klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"Fənərbağça" (Türkiyə) - "Zimbru" (Moldova) - 5:0

Qollar: Kadıoğlu, 11, Kent, 14, Dzeko. 61, Şimanzski, 63, Kinq, 88

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 1-də keçiriləcək.