“Fənərbağça”dan möhtəşəm geri dönüş
Türkiyə Süper Liqasında 13-cü turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, "Fənərbağça" səfərdə "Çaykur Rizespor"la üz-üzə gəlib.
“Fənərbağça” ilə oyuna daha fəal başlayan “Çaykur Rizespor” hesabı 6-cı dəqiqədə açıb. Ali Sov yerli azarkeşləri coşdurub. 1-0. Qonaqların qolun şokundan ayılmamış 15-ci dəqiqədə 2-ci topu qapılarında görüblər. Qazim Laçi cərimə zərbəsini mükəmməl yerinö yetirib. İlk hissə “Çaykur Rizespor”un 2-0 hesablı üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra Domeniko Tedeskonun komandası möhtəşəm geri dönüşə imza atıb. 55-ci dəqiqədə Marko Asensio fərqi minumuma endirib. 3 dəqiqə sonra Anderson Talişka baş zərbəsi ilə fərqlənib. 2-2. 63-cü dəqiqədə Çaykur Rizespor daha bir zərbə alıb. Qazim Laiç qırmızı vərəqə ilə cəzalandırılıb.
Say üstünlüyündən maksimum yararlanan “sarı lacivərtlilər” 2 dəqiqə sonra hesabda önə keçiblər. Asensio mükəmməl qol vurub. 3-2. Hücumlarına ara verməyən İstanbul klubu 78-ci dəqiqədə hesabı 4-2 çatdırıb. Yusuf En Nesri vəziyəti düzgün qiymətləndirib. Görüşdə son nöqtəni isə Arçi Braun 88-ci dəqiqədə qoyub.
5-2 hesabı ilə qalib gələn “Fənərbağça” 31 xalla 2-ci pillədə yer alır. “Çaykur Rizespor” 14 xalla 11-ci pillədə qərarlaşıb.