"Fənərbağça"nın futbolçusu hədəfə alındı
"Fənərbağça"nın qapıçısı Dominik Livakoviç tənqid atəşinə tutulub.
Xorvatiya mediası təcrübəli qolkiperi Türkiyə millisi ilə oyundan sonra bacarıqsız adlandırıb
Sportline.az Fotomaç.com.tr-yə isitinadla xəbər verir ki, Xorvatiya və Türkiyə milliləri arasında keçirilən oyunun 30-cü dəqiqəsində Livakoviçin irəliyə çıxması azarkeşlər və media tərəfindən mənfi qarşılanıb.
Azarkeşlər qolkiperin bu cür səhvə yol verməsinin bağışlanılmaz oluğunu deyiblər.
Qeyd edək ki, görüş Türkiyə millisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.