"Fənərbağça"nın gözü ondadır
"Fənərbağça"nın idman direktoru Mario Branko ÇSKA-nın müdafiəçisi Villian Roş ilə görüşüb.
Sportline.az xəbər verir ki, funksioner braziliyalı futbolçunun agentindən Türkiyə klubuna keçə biləcəyi ilə bağlı bəzi məlumatlar alıb.
Daha əvvəl türkiyəli jurnalist Ekrem Konur "Fənərbağça"nın Villian Roşla maraqlandığını açıqlamışdı. Braziliya və Səudiyyə Ərəbistanı klublarının onunla maraqlandığı da vurğulanıb.