"Fənərbağça"nın yeni hədəfi

"Everton"un yarımmüdafiəçisi Andre Qomeş "Fənərbağça"ya keçə bilər.

Sportline.az xəbər verir ki, klub rəhbərliyi 30 yaşlı portuqaliyalını Türkiyədə transfer pəncərəsi bağlanana qədər heyətinə qatmaq niyyətindədir.

Qomeş 2019-cu ildən "Everton"da çıxış edir. 2022/23 mövsümündə 27 matçda iştirak etdiyi, 3 qol vurduğu və 2 məhsuldar ötürmə verdiyi futbolçu "Lill"də icarə əsasında çıxış edib.