Fərdi Kadıoğlu mövsüm sonunda “Fənərbağça”dan ayrılacaq
"Fənərbağça"nın gənc ulduzu Fərdi Kadıoğlu klubdan ayrıla bilər.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, Avropa klublarının diqqət mərkəzinə düşən 25 yaşlı cinah hücumçusu karyerasını İngiltərə Premyer liqasında davam etdirə bilər.
"Nyukasıl Yunayted" klubununun rəsmilərinin təklif göndərdiyini və ən qısa zamanda transferin gerçəkləşməsini istədiklərini bildiriblər.
Qeyd edək ki, Fərdi Kadıoğlunu istəyən klublar arasında "Borussiya Dortmund", "Mançester Yunayted" və "Lill" də yer alır.