"Ferentsvaroş"dan "Ayntraxt"a

"Ferenvaros"un yarımmüdafiəçisi Kristian Listeş karyerasını Almaniyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, 18 yaşlı macar 2024-cü il iyulun 1-də "Ayntraxt"a keçəcək.

Almaniya klubu rəsmi saytında Macarıstanın gənclərdən ibarət milli komandasının futbolçusunun transferi ilə bağlı razılığa gəldiyini açıqlayıb. "Ştutqart"ın və "Verder"in məşhur keçmiş yarımmüdafiəçisi Kristian Listeşin oğlu olan Listeş ilə 5 illik müqavilə imzalanıb.

Bu mövsüm Listeş bütün yarışlarda 9 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.