Fernandesin yeni klubu

ÇSKA-nın keçmiş müdafiəçisi Mario Fernandes "Zenit"in futbolçusu olub.

Sportline.az xəbər verir ki, Peterburq klubu azad agent kimi keçən 32 yaşlı futbolçu ilə müqavilə imzaladığını rəsmən açıqlayıb. Müqavilə bir il müddətinə nəzərdə tutulub və daha bir mövsüm uzadılması mümkündür.

Daha əvvəl "Zenit"in futbolçunun müqaviləsini "İnternasional"dan 360 min avroya aldığı, Rusiya millisinin sabiq futbolçusunun isə yeni klubunda ildə 2 milyon avro alacağı bildirilirdi.

Fernandes 2012-ci ildən ordu komandasında oynayır və klubla 10 kubok qazanıb. Onun Rusiya millisində 33 oyunu var.