Fernando da ərəbləri seçdi
"Spartak"ın sabiq yarımmüdafiəçisi Fernando karyerasını BƏƏ çempionatında davam etdirəcək.
Sportline.az xəbər verir ki, Fernando Əbu-Dabidən "Əl-Cəzirə" ilə müqavilə imzalayıb. 31 yaşlı braziliyalı bu kluba Türkiyənin "Antalyaspor" klubundan keçib.
Fernando 2016-2019-cu illərdə "Spartak"da çıxış edib. 2022/23 mövsümündə braziliyalı futbolçu Türkiyə liqasında 30 matçda 5 qol vurub.