Fernando Muslera “Qalatasaray” ilə 500-cü matçına çıxıb

Ötən gün keçirilən “Qalatasaray”-“Hatayspor” oyunu uruqvaylı qolkiper Fernando Muslera üçün əlamətdar olub.

Sporline.az xəbər verir, Türkiyə klubunda artıq 13-cü mövsümünü keçirən Fernando Muslera dünən keçirilən görüşdə 500-cü dəfə “Qalatasaray” forması ilə meydana çıxıb.

2011-2012 mövsümündə 6.75 milyon avro qarşılığında “Latsio”dan “Qalatasaray”a keçən Musleranın aktivində 1 qol var.

Qeyd edək ki, “Qalatasaray” klubu 37 yaşlı qapıçı ilə yeni müqavilə imzalamağa hazırlaşır