Fernandu Santuş istefaya göndərildi

Polşa Futbol Assosiasiyası Fernando Santuşun ölkə millisinin baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, 68 yaşlı portuqaliyalı 2023-cü ilin yanvarından komandaya rəhbərlik edirdi. Onun rəhbərliyi altında polşalılar 6 oyun keçirib, 3 qələbə qazanıb və 3 məğlubiyyətlə üzləşib.