FIFA-dan çağırış: hərbi əməliyyatları dayandırın

İsraillə Fələstin arasında baş verənlərə FIFA prezidenti Canni İnfantino da biganə qalmayıb.

Sportline.az xəbər verir ki, qurumun rəhbəri İsrail Futbol Assosiasiyasının prezidenti Şino Moşe Xuaresə vəonun fələstinli həmkarına məktub yazaraq hərbi əməliyyatları dayandırmağa çağırıb.

İnfantino həmçinin X sosial şəbəkəsində hər iki futbol qurumuna başsağlığı verib: “ Xalqın çox uzun müddət ən dərin işgəncələrə tab gətirdiyi bir bölgəni, daha böyük əzab içində görmək ürəkağrıdıcı olduğu qədər də sarsıdıcıdır. Futbol dünyası İsrail və Fələstin xalqı və misilsiz bədəli ödəmiş bütün günahsız qurbanların yanında möhkəm dayanır".