FIFA prezidenti: “Klublararası dünya çempionatı elit klub futbolunun zirvəsi olacaq"
Canni İnfantino FIFA klublararası dünya çempionatının yeni formatı haqqında danışıb.
Sportline.az xəbər verir ki, 2025-ci ildə baş tutacaq turnirdə ilk dəfə olaraq 32 komanda iştirak edəcək. FIFA Amerika Birləşmiş Ştatlarını yarışa ev sahibliyi edən ölkə kimi təsdiqləyib.
“Klublararası dünya çempionatı elit peşəkar klub futbolunun zirvəsi olacaq. Lazımı infrastruktur və böyük maraqla ABŞ yeni qlobal turnir üçün mükəmməl məkandır” - deyə FIFA prezidenti Canni İnfantino bildirib.