FIFA prezidentindən Rusiya açıqlaması
FİFA prezidenti Canni İnfantino Rusiya millisinin 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatında mümkün iştirakı ilə bağlı sualı cavablandırıb.
Sportline.az xəbər verir ki, İnfantino bunu istisna etməyib.
Rusiya milli komandası 2022-ci ildən beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdırılıb. O vaxtdan bəri Valeri Karpinin komandası 8 yoldaşlıq oyunu keçirib.
2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək.