"Fiorentina" fransalı futbolçunu heyətinə qatır

"Yuventus"da növbəti mövsüm heyətdə düşünülməyən Moize Kin yeni komandasına imza atmaq üzrədir.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Fiorentina" 24 yaşlı oyunçunun transferində Turin klubu ilə razılığa gəlib.

Xəbərdə, bu keçidin florensiyalılara 12 milyon avroya başa gələcəyi deyilir.

Qeyd edək ki, "Yuventus" ilə 3 liqa çempionluğu yaşayan Kin klubla birlikdə 123 oyuna çıxıb, 22 qol vurub, 3 məhsuldar ötürmə edib.