"Fiorentina" "Qalatasaray"ın italiyalı futbolçusunu istəyir

"Fiorenina" klubu "Qalatasaray"ın italiyalı futbolçusu ilə maraqlanır.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İtaliya klubu Nikolo Zaniolo üçün İstanbul nəhənginə təklif göndrəməyə hazırlaşır.

Nikolo Zaniolo "Aston Villa"dan ayırlacağı üçün gələn təklifləri dəyərləndirəcəyini bildirib.İtaliyalı cinah hücumçusu "Qalatasaray"da çıxış etmək istmədiyini deyib.

Qeyd edək ki, daha öncə "Yuventus" və "İnter" Nikolo Zaniolo üçün təklif göndərsələr də futbolçu "Roma"da çıxış etmək istədiyini bildirmişdi.