"Flamenqo"dan rəsmi təklif

"Flamenqo" Vendeli transfer etmək üçün "Zenit"ə rəsmi təklif göndərib.

Sportline.az xəbər verir ki, Braziliya klubu futbolçuya təxminən 13 milyon avro təklif edib. “Flamenqo” “Zenit”dən cavab gözləyir, lakin nikbindir və danışıqların uğurlu olacağına inanır.

Əvvəlcə "Flamenqo" Vendeli icarəyə götürmək istədi, lakin "Zenit" açıqladı ki, onlar yalnız yarımmüdafiəçinin tam transferinə razıdırlar.