Florian Virts gələcəyindən söz açıb

Leverkuzen "Bayer"inin yarımmüdafiəçisi Florian Virts qitənin nəhəng klublarının transfer siyahısında ilk pillələrdə yer alır.

Sportline.az xəbər verir ki, istedadlı futbolçu hələ ki, aldığı təklifləri dəyərləndirmək niyyətindən uzaqdır.

O, ən azı bir mövsüm də "Bayer"in uğurları üçün çalışmağı planlaşdırır.

"Hamı bilir ki klubumla müqaviləm var. Burada özümü xoşbəxt hiss edirəm. Hazırda bütün diqqətim Avropa çempionatındadır. Qalan məsələlər elə də əhəmiyyət daşımır", - deyə Virts "Mundo Deportivo"ya fikrini açıqlayıb.

Qeyd edək ki, son mövsümdə 32 oyuna çıxan Florian 11 qol və 11 asist müəllifidir.