Fransa klubundan "Mançester Siti"yə
"Renn"in vingeri Ceremi Doku "Mançester Siti" ilə razılığa gəlib.
Sportline.az xəbər verir ki, İngiltərə klubu Səudiyyə Ərəbistanı çempionatına keçən yarımmüdafiəçi Riyad Mahrezin yerinə 21 yaşlı belçikalı ilə müqavilə imzalamaq istəyir. İndi transferin məbləğini klublar özləri razılaşdırmalıdırlar.
Daha əvvəl "Renn"in Doku üçün 55 milyon avro istədiyi bildirilirdi. “Mançester Siti” və “Renn” arasında danışıqlar bu həftə davam edəcək.
Doku bu mövsüm "Renn"in heyətində 2 oyuna çıxıb və 1 qol vurub.