Fransa kubokunun ilk finalçısı müəyyənləşib
Uğursuz mövsüm keçirən Fransa nəhəngi Lion azarkeşlərini kubokda azarkeşlərini sevindirib.
Sportline.az xəbər verir ki, Fransa kubokunun ilk yarımfinal oyununda aşağı liqa təmsilçisi “Valensiyen”i 3-0 hesabı ilə məğlub edən “Olimpik Lion” finala vəsiqə qazanıb.
“Lion”a qələbə gətirən qolları 51 və 57-ci dəqiqələrdə Lakazet , 75-ci dəqiqədə Qift Orban vurub.“Lion”un finaldakı rəqibi bugün keçiriləcək PSJ-“Renn” oyununda bəlli olacaq.
Qeyd edək ki, Fransa kubokunun son qalibi “Tuluza” komandasıdır.