Fransa liqasının yeni loqosu təqdim olunub

Fransa Liqa 1-də loqo dəyişimi yaşanıb.

Sportline.az Beinsport.com-a istinadla xəbər verir ki, Fransa Liqa 1 rəsmi hesabından etdiyi paylaşımda 2024/2025 mövsümündən etibarən istifadə ediləcək Liqa 1-in rəsmi loqosunu futbolsevərlərə təqdim edib.

Qeyd edək ki, Liqa 1-ə 59 xalla PSJ başçılıq edir.İkinci sıradakı “Brest”in 47, üçüncü pillədəki “Monako”nun 46 xalı var.