Fred "Fənərbağça"dan gedə bilər

"Fənərbağça"nın braziliyalı futbolçusu Fred klubu tərk edə bilər.

Sportline.az Sprox.com-a istinadla xəbər verir ki, futbolçu "Trabzonspor"la görüşdə baş verən hadisələrdən sonra narahatlığını dilə gətirib və Türkiyə Super Liqasında qalmaq istəmdəyini deyib.

Təcrübəli yarımmüdafiəçi meneceri ilə görüşərək Avropa klublarından birinə getmək istədiyini bildirib.

Qeyd edək ki, Fred bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 25 oyunda 6 qol, 2 asistlə yadda qalıb.