"Fulhem" Kastyanı istəyir

"Fulhem" müdafiəçi Timoti Kastyan üçün "Lester" ilə razılığa gəlməyə yaxındır.

Sportline.az xəbər verir ki, hazırda tərəflər 27 yaşlı futbolçunun keçidinin son təfərrüatlarını müzakirə edirlər.

Kastyan 2020-ci ilin sentyabrından "Lester"də çıxış edir. O, bu mövsüm heç bir oyun keçirməyib. "Transfermarkt" portalı futbolçunun dəyərini 25 milyon avro qiymətləndirir.