"Bavariya"dan "Liverpul"a keçdi
"Liverpul" “Bavariya”nın və Niderand millisinin yarımmüdafiəçisi Rayan Qravenberhi transfer edib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. O, Mersisayd təmsilçisində 38 nömrəli forma geyinəcək.
Daha əvvəl "Liverpul"un oyunçu üçün 40 milyon avro ödəyəcəyi barədə xəbər yayılıb.
Qravenberh 2022/2023 mövsümündə Bundesliqada "Bavariya"nın heyətində 24 oyuna çıxıb.