Futbolçu itkin düşdü

İspaniyalı futbolçu Alvaro Prietonun itkin düşdüyü barədə məlumat yayılıb.

Sportline.az "Marca"ya istinadla xəbər verir ki, “Kordoba” komandasının 18 yaşlı üzvündən 3 gündür xəbər alınmır.

Artıq aidiyyəti oraqanlara xəbər verilib, polis hadisə ilə bağlı axtarışlara başlayıb.

Qeyd edək ki, Alvaronun anası övladının girov götürülməsindən şübhələnir.