Futbolçumuz Albaniya klubunda

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Albaniyanın "Eqnatiya" komandasına keçib.

Sportline.az xəbər verir ki, bu barədə klubun prezidenti Agim Demrozi "PanoramaSport" nəşrinə açıqlama verib.

O, 28 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandığını bildirib.

Qeyd edək ki, Vüsal İsgəndərli ötən mövsümü "Sumqayıt"da keçirib.

Banner