Futbolçumuz debüt etdi

Vüsal İsgəndərli Albaniyanın "Eqnatiya" klubunda rəsmi debüt edib.

Sportline.az xəbər verir ki, onun komandası ölkə çempionatının I turunda səfərdə “Skenderbeu”nun qonağı olub. 

27 yaşlı yarımmüdafiəçi 62-ci dəqiqədə meydana daxil olub. 

Görüş "Eqnatiya"nın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.