Futbolçumuz İspaniya klubunda debüt etdi
Azərbaycanlı qapıçı İspaniyanın "Luqo" klubunun əsas komandasında debüt edib.
Sportline.az xəbər verir ki, Eldar Tağızadə "Selta" ilə yoldaşlıq oyununda meydana çıxıb.
"Luqo"nun 1:0 hesablı qələbə çaldığı oyunun 90+1-ci dəqiqəsində qapıçı Lukas Dias qırmızı vərəqə alıb və onu əvəzləyən Tağızadə əsas komandada ilk matçını keçirib.