Futbolçumuzun komandası məğlub oldu

Türkiyə birinci liqasında 6-cı turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadənin də formasını geyindiyi “Tuzlaspor” “Boluspor”la qarşılaşıb. Bəxtiyarın komandası rəqibinə 1:2 hesabı ilə uduzub.

Bəxtiyar meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, “Tuzlaspor” 3 xalla turnir cədvəlində 17-ci pillədədir.