Futbolçumuzun komandasından 3 xal
Bolqarıstan çempionatında 5-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" öz meydanında "Lokomotiv"lə (Sofiya) qarşılaşıb 1:0 hesabı ilə qalib gəlib.
Cəlal 81-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Arda" 5 turdan sonra 7 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.