Gənclər və İdman Nazirliyi 2023-cü ilin ən yaxşılarının seçiminə start verib
Gənclər və İdman Nazirliyi 2023-cü ilin ən yaxşılarının seçiminə start verib.
Sportline.az xəbər verir ki, bu barədə qurumun rəsmi sosial şəbəkə hesablarında paylaşımlar edilib.
Seçim 3 mərhələdə aparılır. Birinci mərhələdə olimpiya idman növləri üzrə federasiyalar nominasiyalar üzrə öz namizədlərini yazıb təqdim ediblər.
İkinci mərhələ sosial media vasitəsilə izləyicilər arasında aparılır. Nəhayət, üçüncü mərhələ - nazirlikdə yaradılmış münsiflər komissiyasının rəyi də nəzərə alınmaqla qaliblər elan ediləcək və Qala mərasimdə mükafatlandırılacaqlar.
Seçim prosesində namizədlər federasiyalardan 50 faiz, izləyicilərdən 30 faiz, xüsusi münsiflər komissiyasından isə 20 faiz səs alacaqlar. İkinci mərhələnin səsverməsi dekabrın 2-də, saat 23:59-da başa çatacaq.
"Report" İnformasiya Agentliyi ilin idman media qurumu, əməkdaşı Təbriz Quliyev ilin ən fəal idman jurnalisti, fotoqrafı Firudin Səlimov ilin idman fotoqrafı nominasiyasından namizəddir.