Güləşçilərimizdən yüksək nəticə
Qazaxıstanın Türküstan vilayətində Türk Dövlətlərinin Universiadasına start verilib.
Sportline.az xəbər verir ki, sərbəst güləş üzrə yarış keçirilib.
Gənclərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Arif Abdullayev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında Universiadaya qatılan komandanın 8 üzvü fəxri kürsüyə qalxıb.
Camal Abbasovla (61 kq) Sabir Cəfərov (70 kq) çempion olub. Abdulrəhman İbrahimov (65 kq), Fərid Cabbarov (86 kq), Rəvan Musayev (97 kq) və Aydın Əhmədov gümüş, Vasif Bağırovla (57 kq) Sahib Dadaşov (79 kq) isə bürünc medal əldə edib.
Beləliklə, yığmamız yarışda 2 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.
Bu gün yunan-Roma güləşi üzrə mübarizə başlayacaq.