Gündoğanın arzusu
İlkay Gündoğan "Barselona"nın Çempionlar Liqasını qazanmasına kömək etmək istəyir.
Sportline.az xəbər verir ki, o bildirib ki, bunun üçün güclü motivasiyası var:
"Çempionlar Liqası digərlərindən fərqli turnirdir. Onu qazanmaq çox çətindir, mən öz təcrübəmdən danışıram. Mən çox motivasiyalıyam. Bu, mənə klubun intibahının bir hissəsi olmaq imkanı verir. Bu, hər bir oyunçunun arzusudur. Düşünürəm ki, indi bizim planımız olduğunu görürsünüz və düşünürəm ki, klub Avropada yenidən parlamaq üçün düzgün yoldadır” - deyə yarımmüdafiəçi bildirib.
Gündoğan bu il "Mançester Siti" ilə Çempionlar Liqasının qalibi olub.