Haaland "Siti"də qol hesabını açdı

“Mançester Siti” yoldaşlıq görüşü keçirib.

Sportline.az xəbər verir ki, “şəhərlilər” ABŞ toplanışında “Bavariya” ilə qarşılaşıb. Matç İngiltərə klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 12-ci dəqiqədə yeni transfer Erlinq Haaland vurub. Bu, norveçli forvardın "Mançester Siti"də ilk qolu olub.