Hakim Ziyeşin transfer qiyməti açıqlandı
Mərakeş millisinin kapitanı Hakim Ziyeşin transfer dəyəri məlum olub.
Sportline.az CBS Sports kanalına istinadla xəbər verir ki, "Əl-Nəsr" onun keçidinə görə "Çelsi"yə 10 milyon avro ödəyəcək.
Ziyeş 2020-ci ildən London klubunun şərəfini qoruyurdu.
Qeyd edək ki, "Çelsi" Ziyeşlə yanaşı Kalidu Kulibalinin də Səudiyyə Ərəbistanı çempionatına yollanmasına mane olmayıb.