Hakimi təhqir etdiyinə görə 1 oyunluq cəzalandı
"Çelsi"nin müdafiəçisi Ris Ceyms 90 min funt sterlinq cərimələnib və bir oyunluq cəzalanıb.
Sportline.az xəbər verir ki, 23 yaşlı ingilis Premyer Liqanın 6-cı turunda "Aston Villa" ilə oyundan (0:1) sonra tribunada hakimi təhqir edib.
Bu mövsüm Ceyms Premyer Liqada 1 oyun keçirib, qol vurmayıb.