Hakimlərin qonorarı artırıldı

Rusiya Premyer Liqasımda hakimlərin qonararı artırılıb.

Sportline.az Sport-express.ru-ya istinadla xəbər verir ki, yeni qərar bu həftədən qüvvəyə minəcək.

Hakimlər 1-ci turdan 10-cu turadək bir oyun üçün 115 min rubl mükafat alırdılar.

11-ci turdan etibarən bu məbləğ 200 min rubl (3397,46 AZN) olacaq.