Handanoviç 11 ildən sonra "İnter"dən ayrılır
Samir Handanoviç 11 mövsümdən sonra "İnter"dən ayrılır.
Sportline.az xəbər verir ki, milanlılar 38 yaşlı qolkiperin gedişini açıqlayıb və onu komandanın "tarixinin ən yaxşı qapıçılarından biri" adlandırıb.
Sloveniyalı “neradzurri”nin heyətində 455 oyun keçirib və bu göstəricidə İvan Kordoba ilə onuncu yeri bölüşür.
Handanoviç "İnter" də 166 qol buraxıb və A Seriyasında 32 dəfə penaltini dəf edib.