Harri Keyn "Tottenhem"i tərk etmək istəyir

Harri Keyn bu yay "Tottenhem"i tərk etmək niyyətindədir.

Sportline.az Daily Mail nəşrinə istinadla xəbər verir ki, təcrübəli forvard karyerasını "Mançester Yunayted"də davam etdirmək istəyir.

Bunun üçün "Tottenhem"in prezidenti Deniel Levi tələb olunan məbləği azaltmalıdır.

Mançesterlilər yalnız bu halda yenidən danışıqlara başlaya biləcəklərini açıqlayıblar.

Qeyd edək ki, londonlular Keynin transferi üçün 100 milyon funt sterlinq tələb edirlər.