Harri Keyn üçün 25 milyon

"Bavariya" Harri Keynə ildə 25 milyon funt-sterlinq təklif edəcək.

Sportline.az xəbər verir ki, ingilis hücumçu Münhen klubunda həftədə 480 min funt sterlinq qazanacaq (həftədə təxminən 556 min avro və ya ildə 29 milyon avro).

Bu, Keynin hazırda “Tottenhem”də qazandığından iki dəfə çoxdur.

Daha əvvəl bildirilirdi ki, “Bavariya” Keyn üçün son təklifi edib – 100+20 milyon avro.